Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda 71 mindən çox rayon sakini kütləvi tibbi müayinə olunub

Salyanda 71 mindən çox rayon sakini kütləvi tibbi müayinə olunub

Respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən icbari tibbi müayinə artıq başa çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən, fevralın 12-dən mayın 15-nə kimi ölkənin bütün yaşayış məntəqələrindəki səhiyyə müəssisələrində kütləvi tibbi müayinə aksiyaları keçirilib.

Bu müddətdə Salyanın 51 yaşayış məntəqəsində 71 min 783 nəfər tibbi müayinə olunub. Bu isə 18 yaşdan yuxarı rayon əhalisinin 95,9 faizini təşkil edir.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov bildirib ki, kütləvi tibbi müayinə dövründə cərrahiyyə, terapiya, rentgen və digər şöbələrdə əhaliyə nümunəvi xidmət göstərilib. Müayinələr zamanı 4 min 924 sakinin səhhətində müəyyən problemlər aşkar olunub. Onlardan 4 min 651-i ambulator, 148 nəfəri stasionar müalicəyə cəlb edilib. 23 xəstə isə cərrahiyyə şöbəsində əməliyyat olunub. Rayon şəraitində müalicəsi mümkün olmayan 102 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Şöbə müdirinin sözlərinə görə, humanitar aksiya zamanı icra hakimiyyəti orqanlarının əməkdaşları səhiyyə işçiləri ilə birlikdə əhali arasında maarifləndirmə işləri aparıb, vətəndaşların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi üçün bütün lazımi tədbirləri görüblər.

Rayon sakinləri əhalinin sağlamlığına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

16 2019 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə