Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyəzəndə çox kitab oxuyanlar mükafatlandırılıb

Siyəzəndə çox kitab oxuyanlar mükafatlandırılıb

Siyəzəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

Müsabiqə çərçivəsində 5 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 4 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Mərkəzi Kitabxananın qarşısında keçirilən mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”

16 2019 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə