Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya və Fransa liderləri arasında növbəti görüş keçiriləcək

Almaniya və Fransa liderləri arasında növbəti görüş keçiriləcək

Angela Merkel bu həftə Marseldə Emmanuel Makronla görüşəcək.
“Euronews” agentliyinin yaydığı məlumata görə, Almaniyanın Federal Kansleri Angela Merkel sentyabrın 7-də Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində keçirilən brifinqdə deyib ki, sentyabrın 7-də xanım Merkel Marsel şəhərinə səfər edəcək. Səfər çərçivəsində Kansler Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Onun sözlərinə görə, danışıqların gündəliyi hələlik dəqiqləşməyib. Lakin tərəflərin Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə edəcəkləri istisna olunmur.
Xatırladaq ki, Rusiya və Ukrayna ilə yanaşı, Almaniya və Fransa da Donbasda vəziyyətin nizamlanması üzrə “Normand dördlüyü”nə daxildir.
 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

3 2018 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə