Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə çiyid səpini başa çatıb

İmişlidə çiyid səpini başa çatıb

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari mövsüm rayonda 20 min ton pambıq istehsalı nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq qısa müddətdə 7 min 492 hektar sahədə səpin aparıblar. Toxum səpilən ərazilərin 3 min 372 hektarı “MKT-İK” MMC-yə, 1490 hektarı “MKT-İK İnnovasiya” MMC-yə, 1830 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 800 hektarı isə “KP-Aqro” MMC-yə məxsusdur.

Artıq səpin aparılmış sahələrin 5 min 742 hektarında normal bitiş alınıb.

Qeyd edək ki, bu mövsüm rayonda pambıq becərilməsi ilə bağlı 1062 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

16 2019 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə