Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 milyon manat ayırıb

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 milyon manat ayırıb

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 milyon manat ayırıb. Bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

Mais Piriyev qeyd edib ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 milyon və 26,3 milyon manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.

M.Piriyev qeyd edib: “Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 milyon manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 milyon manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib”.

                                                  

“Xalq qəzeti”

16 2019 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə