Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu günə kimi sahibkarlara 2,3 milyard manat məbləğində güzəştli kredit verilib

Bu günə kimi sahibkarlara 2,3 milyard manat məbləğində güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 millyard manat olan layihələrə görə 2,3 milyard manat güzəştli kreditlər verilib.

Bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 milyard manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 milyard manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.

Nazir müavini qeyd edib ki, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb.

S.Məmmədovun sözlərinə görə, özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bu da özəl sektorun payının ümumi daxili məhsulda 85, məşğulluqda 74 faizə çatmasına zəmin yaradıb.

 

“Xalq qəzeti”

15 2019 15:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə