Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda problemli kreditlərlə bağlı 506 min vətəndaşa ödənişlər verilib

Azərbaycanda problemli kreditlərlə bağlı 506 min vətəndaşa ödənişlər verilib

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu günə qədər artıq 506 min vətəndaşa ödənişlər verilib ki, bu da ümumi məbləğin 84 faizini əhatə edir. Kompensasiya ödənişləri nəticəsində 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

 

“Xalq qəzeti”

15 2019 15:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə