Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da “ISO 9001:2015” standartı üzrə təlim keçirilib

ATMU-da “ISO 9001:2015” standartı üzrə təlim keçirilib

Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” mövzusunda keçirilən təlimlərə yekun vurulub.

“ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” çərçivəsində yeni standartların tətbiqinə dair təlimlərə ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin və müvafiq struktur bölmələrinin məsul əməkdaşlarından ibarət işçi qrupu qatılıb. Təlimlərin keçirilməsində başlıca məqsəd “İSO 9001” beynəlxalq standartının “2015 versiyası”nın tətbiqi, auditə hazırlıq mərhələsinin təşkili, turizm və qonaqpərvərlik fakültəsinin, eyni zamanda əlaqəli şöbələrin “İSO keyfiyyət sertifikatları”na sahiblənmələrini təmin etməkdən ibarətdir.

3 gün fəaliyyət göstərən təlimdə uğur qazanan işçi qrupu növbəti mərhələdə “ISO 9001:2015 Keyfiyyət Idarəetmə Sistemi” çərçivəsində yeni standartların universitetdə tətbiqi prosesində birbaşa iştirak hüququ qazanıb.

Qeyd edək ki, “TedQual” və “İSO keyfiyyət” sertifikatlarının əldə edilməsindən ötrü Azərbaycan Turizm və Menecment Universitetində təlim--tədris--tədqiqat sahəsində fəaliyyətin yenidən qiymətləndirilməsi prosesinə başlanılıb. Hazırda dünyanın 30-a yaxın universiteti ”İSO keyfiyyət” sertifikatının sahibidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə