Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın xarici işlər nazirinə tutarlı cavab

Ermənistanın xarici işlər nazirinə tutarlı cavab

İqtisadçı ekspert Qubad İbadoğlu Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə iştirak edir. Onun Ermənistanın xarici işlər nazirinin çıxışına verdiyi cavab və torpaqların azad edilməsi ilə bağlı verdiyi sual görüş iştirakçılarının  marağına səbəb olub.

Bu barədə məlumatı Qubad İbadoğlu sosial şəbəkədə paylaşıb. O, yazıb ki, erməni nazirin çıxışından sonra ona verdiyi sual və Ermənistan haqqında izahlı məlumat və orada demokratiyanın dayanıqlı olmayacağını göstərən arqumentlər zaldakıların onun fikirlərinə münasibətin tamam dəyişməsinə əsas verib.

Ekspert yazır: “Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı çoxsaylı auditoriyanın fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadiyyatın qurulmadığını, regionda sülhün və əmin-amanlığın bərpa edilmədiyini göstərdim. Eyni zamanda, nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

Ona dedim: “Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək”-- sualına cavab vermək istəyən xarici işlər naziri 15 dəqiqədən çox çalışdı və yenə də istəyinə nail ola bilmədi. Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 14:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə