Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyədən Əsən Meh”

“Türkiyədən Əsən Meh”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü  və Türk Hava Yollarının dəstəyi ilə mayın 14-də Milli İncəsənət Muzeyində  “Türkiyədən Əsən Meh” adlı sərgi  açılmışdır.Müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə  Rauf  Tuncer, Hüseyin Elmas, Erkin Keskin kimi türk rəssamlarının əsərləri təqdim edilir.

Sərginin açılışında Azərbaycan Respublikasının Mədəniyyət naziri  Əbülfəs Qarayev, Türkiyənin  Azərbaycandakı  səfiri  Ərkan Özaral,Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Bakı Yunus Əmrə İnstitutunun  direktoru Cihan Özdəmir, əsərləri nümayiş etdirilən  türk rəssamlar, azərbaycanlı sənətsevərlər,  ictimaiyyətin  nümayəndələri iştirak etmişlər.

Sərginin məqsədi türk rəngkarlıq sənətini Azərbaycanlı sənətsevərlərə tanıtmaqdır Türkiyəli və azərbaycanlı rəssamların bir-birlərini daha yaxından tanımalarına nail olmaqdır.Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı ilə Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin Bursa.Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında  rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxlərin hər birinin fərdi duyumu,tablolarında canlandırdıqları həyata baxışları vardır.

Türkiyənin hüdudlarından kənarda çoxsaylı sərgilərdə  iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyn Elmas,Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən artıq əsəri tamaşaçılara təqdm edilir.

Sərgi 24 may 2019-cu il tarixədək davam edəcək.

 

Afət Sadıqoğlu,
 ”Xalq qəzeti”

15 2019 14:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə