Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kinoteatr, yoxsa yataqxana?

Kinoteatr, yoxsa yataqxana?

Ən maraqlı filmə belə, ən azı, saatyarım oturulu baxmaq o qədər də rahat bir mədəni istirahət deyil. Filmlərə evdə, istirahət məkanlarında daha asudə baxmaq imkanları isə kinoteatrlara üz tutan tamaşaçıları xeyli azaldıb.

Kinosevərlərin rahatlığı üçün İsveçrədəki bir kinoteatr maraq doğuran bir üsula əl atıb: salonda oturacaqlar götürülüb, yerinə 11 ədəd ikinəfərlik yataq qoyulub. Yemək və içki də daxil olmaqla bir biletinin 49 frank olduğu kinoteatrda şərab üçün masa da var. Böyüklər üçün nəzərdə tutulan kinoteatr salonunda uşaqların da rahatlığınəzərə alınıb.

Rəhbərlik filmlərə uzanıb baxmağa üstünlük verən tamaşaçıların yeni mədəni xidmətdən çox razı qaldıqlarını söyləyib.

 

R.TAHİR,
“Xalq qəzeti”

15 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə