Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qədim yapon kurqanları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilə bilər

Qədim yapon kurqanları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilə bilər

Yaponiya Mədəniyyət İşləri Agentliyinin yaydığı məlumata görə, ölkənin qərbində yerləşən Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri beynəlxalq ekspertlər qrupu tərəfindən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün tövsiyə olunub.

Jiji Press agentliyi  xəbər verir ki, Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) tövsiyəsinə əsasən, UNESCO-nun Dünya İrsi Siyahısı üzrə komitəsi cari ilin iyun-iyulunda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək iclasında bu barədə qərar qəbul edəcək.

Qeyd edək ki, IKOMOS UNESCO-nun məsləhətverici qrupudur. Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri (kofun) Yaponiyanın UNESCO-nun Dünya irsi Siyahısına daxil edilən sayca 19-cu mədəniyyət abidəsi olacaq. Ümumilikdə, bununla Dünya İrsi Siyahısında Yaponiyaya məxsus obyektlərin sayı, təbii abidələr də daxil olmaqla, 23-ə çatacaq.

Əlavə olaraq bildirilir ki, Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir. Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 500 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 12:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə