Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dərman vasitələrinin keyfiyyətinə nəzarət üsulları

Dərman vasitələrinin keyfiyyətinə nəzarət üsulları

ATU-nun Əczaçılıq fakültəsinin magistr və rezidentləri üçün “Dərman vasitələrinin keyfiyyətinə nəzarət üsulları” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov açıb. Əczaçıların qarşısında duran vəzifələrdən söhbət açan T.Süleymanov bildirib ki, əsas məqsədimiz əhalinin müalicə-profilaktika məsələlərini keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin etməkdən ibarətdir:” Burada söhbət təkcə dərman vasitələrinin satışı və çatdırılmasından getmir, həm də yeni dərman vasitələrinin yaradılması üsulları günümüzdə aktual məsələlərdən hesab olunur. Bu seminarın da əsas məramı və məqsədi dərman vasitələrinin keyfiyyətinə necə nəzarət etməyi izah etməkdən ibarətdir.”

Kafedra müdiri son illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə kafedranın nəzdində əzcaçılıq üzrə elmi-tədqiqat laboratoriyasının yaradıldığını bildirib. Laboratoriyada yeni dərman vasitələrinin təşkilinə və onların standartlaşması yönündə məqsədyönlü işlərin aparılmasına hər cür şəraitin yaradıldığını qeyd edib.

Seminarda Əczaçılıq kimyası kafedrasının baş müəllimi Fuad Məmmədovun “Yüksək effektivli maye xromatoqrafiya üsulunun əczaçılıq analizində tətbiqi” mövzusunda çıxışı dinlənilib. F.Məmmədov çıxışında bu üsulun yaranma tarixinə, fiziki əsaslarına, əsas parametrlər və istidfadə olunan cihazlara və s. məsələlərə toxunub. Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İskəndərov “Spektrofotometriyanın əczaçılıq analizində tətbiqi” mövzusunda çıxış edib. Dosent çıxışında elektromaqnit şüalanmanın ölçülməsinə əsaslanan fotometriya üsulundan, işıqudmanın əsas qanunlarından, praktik olaraq üsulun yerinə yetirilmə qaydasından v. s məsələlərdən söhbət açıb.

Ümumi və toksikoloji kimya kafedrasının professoru Eldar Qarayev isə “İnfraqırmızı spektroskopiyanın əczaçılıqda tətbiqi” mövzusunda çıxış edib. E.Qarayev də öz çıxışında infiraqırmızı spektroskopiyanın nəzəri əsasları, spektrlərin interpretesiyası,əczaçılıqda tətbiqi, paktik olaraq spektrin çəkilməsi ilə bağlı seminar iştirakçılarına geniş məlumat verib.

Farmakologiya kafedrasının dosenti Svetlana Babayeva keçirilən seminarın magistr və rezidentlər üçün əhəmiyyətindən söhbət açaraq, bu tipli tədbirlərin davamlı olacağını qeyd edib seminar iştirakçılarına və məruzəçilərə dərin təşəkkürünü bildirib. Seminar geniş diskusiya ilə öz işini başa çatdırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 11:52 - SƏHİYYƏ
SƏHİYYƏ
9 Sentyabr 2019 | 15:44
Beynəlxalq Fizioterapiya Günü

Köhnə versiyamızdan xəbərləri izlə