Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöldə epizootiya əleyhinə tədbirlər davam etdirilir

Göygöldə epizootiya əleyhinə tədbirlər davam etdirilir

Göygöl rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq Xidmətinin (DBX) Göygöl Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonu ərazisində iribuynuzlu,  xırdabuynuzlu və təkdırnaqlı heyvanlarda  xəstəliklərə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 299754 (“H” ştammı ilə) baş quşda və 416002 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Göygöl rayonunda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Mart ayının ilk günlərindən isə Göygöl Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.  Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında  bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Hal-hazırda Göygöl rayonunda xırdabuynuzlu heyvanlarda çiçək, dabaq və bruselyoz, iribuynuzlu heyvanlarda brusellyoz və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri, eləcə də təsərrüfatlarda sağlamlaşdırıcı dezinfeksiya və dezinseksiya işləri, yaz-yay mövsümü ilə əlaqədar heyvanların qan-parazitar və digər transmissiv xəstəliklərdən qorunması məqsədilə çimizdirilmə tədbirləri aparılır .  

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 11:30 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə