Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fuji Optical” şirkətinin Azərbaycandakı xeyriyyəçilik fəaliyyəti əsl humanizm nümunəsidir

“Fuji Optical” şirkətinin Azərbaycandakı xeyriyyəçilik fəaliyyəti əsl humanizm nümunəsidir

Mayın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Baş nazirin müavini Əli Əhmədov “Fuji Optical” şirkətinin ölkəmizdə həyata keçirdiyi xeyirxah missiyaların yüksək qiymətləndirildiyini söyləyib. O, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailəyə yüksəkkeyfiyyətli eynəklərin paylanıldığını, onların ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını, bunun əsl humanizm nümunəsi olduğunu vurğulayıb.  
Görüşdə qonaqlara Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib. 
Akio Kanai Azərbaycanda bu xeyirxah missiyanı həyata keçirməkdən məmnunluğunu bildirib. O, ölkəmizdə bu kimi xeyriyyə fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib. 

 

AZƏRTAC

14 2019 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 İyul 2019 | 12:27
Atəşkəs16 dəfə pozulub
22 İyul 2019 | 11:43
Duz mədə şirəsini artırır
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun

Köhnə versiyamızdan xəbərləri izlə