Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət HACIYEV: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı dəyişməzdir

Hikmət HACIYEV: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı dəyişməzdir

Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub. Bunu Trendə özəl olaraq Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.
N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir: “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin həllində irəliləyiş və bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münaqişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır, danışıqlar bu formatda aparılır”.

14 2019 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə