Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib

FHN-in rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib

Mayın 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin kadr və digər məsələlərlə bağlı 72 vətəndaş nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Bundan əlavə, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Kürdəmir şəhərində Kürdəmir rayonunun 49, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Ucar şəhərində Ucar rayonunun 53 sakinini və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

AZƏRTAC

14 2019 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə