Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brüsseldən gözləntilərimiz çoxdur

Brüsseldən gözləntilərimiz çoxdur

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısının tədbir çərçivəsində ­keçirdiyi mühüm görüşlər, burada səsləndirdiyi dəyərli fikir və təkliflər həm ölkə, həm də beynəlxalq ictimaiyyətdə dərin məmnunluq hissi doğurub. Bakı Dövlət Universitetinin ­professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə aşağıdakıları dedi: 

– Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Brüsselə səfərini dərin maraqla izləyirəm. Məni ən çox razı salan odur ki, dövlətimizin başçısı belə mühüm tədbirlərdə hər dəfə olduğu kimi, bu dəfə də diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacib olmasına yönəltdi. 
Dövlətimizin başçısı Brüsseldə haqlı olaraq vurğuladı ki, torpaqlarımızın 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Lakin 25 ildən çoxdur ki, bu münaqişə davam edir. 
Təəssüf ki, münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz həllini tapmayıb. Hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilməyib. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı həll olunmayıb. 
Azərbaycan ictimaiyyətinin Brüsseldən Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı gözləntiləri çoxdur. Müsbət haldır ki, 2018-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Bir Azərbaycan ziyalısı olaraq ümid edirəm ki, Aİ rəhbərliyi bundan sonra xalqımız üçün taleyüklü problem olan Qarabağ münaqişəsinin həllində daha ədalətli və konstruktiv mövqe nümayiş etdirəcək. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

14 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə