Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksək qiymətləndirilir

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksək qiymətləndirilir

Prezident İlham Əliyevin Brüsselə səfəri Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskla görüşü və apardığı danışıqlar beynəlxalq aləmdə diqqətlə izlənildi. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın regiondakı nüfuzunu və xarici siyasətini nəzərə alaraq, yeri gəldikcə, ölkəmizin etibarlı tərəfdaş olduğunu dönə-dönə vurğulayırlar. Həqiqətən də Cənubi Qafqaz regionunda ölkəmizin beynəlxalq iqtisadi, neft-qaz və logistika sahəsində həyata keçirilən transmilli layihələrdə uğurla çıxış etməsi, yüksək səviyyədə ictimai-siyasi və iqtisadi əməkdaşlığı yüksək qiymətləndirilir.

Nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması ilə ölkəmizin strateji mövqeyi daha da möhkəmlənmişdir. Xoşdur ki, Azərbaycan mühüm beynəlxalq layihələrin təşəbbüskarı və müəllifidir. Ölkəmiz onun üçün yalnız iqtisadi deyil, həm də böyük siyasi önəm kəsb edən Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi əhəmiyyətli layihələrlə Avropa coğrafiyasında real tərəfdaş, etibarlı partnyor olmaqla bərabər, həm də milli maraqlarını üstün tutan və müstəqil siyasət yürüdən dövlət kimi bir daha özünü təsdiqləyə bilmişdir. Bütün bunların nəticəsidir ki, Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində xüsusi nüfuza malikdir. Dünyanın aparıcı güc mərkəzləri də ölkə başçımızın qətiyyətini, milli maraqlara əsaslanan siyasətini nəzərə alaraq, məhz bu baxımdan ölkəmizlə sıx əməkdaşlıq münasibətləri qurmuşlar. Odur ki, ­Prezident İlham Əliyevlə görüşdə Donald Tuskun Azərbaycanı Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd etməsi və dövlətimizin regiondakı rolunu yüksək qiymətləndirməsi təbiidir. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi barədə söhbət açılması və onun əhəmiyyəti barədə danışıqlar Azərbaycanın Avropa ­İttifaqı ilə də müsbət əlaqə və əməkdaşlığından xəbər verir. 
Bu görüşdə müzakirə edilmiş və Prezidentimizin Azərbaycan üçün aktual olan daha bir məsələyə—Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yönəltməsini xüsusi vurğulamaq istərdim. Bu məsələ Brüsseldə keçirilmiş danışıqlarda da müzakirə mövzusu oldu. Prezidentimiz Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskla görüşdə Azərbaycanın haqlı mövqeyini bir daha Avropa İttifaqının rəhbərinə çatdırdı. 

 

İlqar Orucov, 
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru

 

14 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə