Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Turoperator” şirkəti robotu işə götürüb

“Turoperator” şirkəti robotu işə götürüb

“Turoperator” şirkətinin İsveç bölməsi robotu işə götürüb. Məlumata görə, “Pepper” adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. O, ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Robotun üzərinə məlumatın göstərilməsi və insanlarla əlaqə üçün 10 düymlük planşet quraşdırılıb.

Yaddaşı təxminən 4500 sözdən ibarət olan robot danışığı başa düşür. O, danışa, rəqs edə və sadə tapşırıqları yerinə yetirə bilir.
Məlumatı “Nnews.rambler.ru” yayıb.

 

Hazırladı:
Elçin ABBASOV, 
“Xalq qəzeti”

3 2018 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin