Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə qəbul elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə qəbul elan edir

1. Dövlət və bələdiyyə idarəetməsi 
2. Menecment
3. Beynəlxalq münasibətlər 
4. Politologiya
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- göndəriş-zəmanət məktubu;
- əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərti ilə);
- ali təhsil haqqında sənədin - diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
- sağlamlıq haqqında arayış; 
- şəxsiyyəti təsdiq edən sənəd; 
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Qəbul komissiyası mərkəzi və yerli icra hakimiyyəti, digər təşkilatların rəhbərləri tərəfindən verilən göndəriş-zəmanət məktublarını nəzərə alacaq.
Sənədlər 2019-cu il iyunun 3-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaqda) qəbul edilir.
Əlavə ali təhsil almaq üçün Dövlət İdarəçilik Akademiyasına sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən keçmiş şəxslər qüvvədə olan əsasnaməyə uyğun əlavə ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilir, müvafiq kurslara yerləşdirilirlər. Qruplarda tələbələrin sayı mövcud qayda ilə müəyyən edilir.
Xaricdə təhsil almış şəxslər təhsillərini növbəti pillədə davam etdirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ixtisaslara uyğun olaraq ödənilir.
Ünvan-Bakı, Lermontov küçəsi 74, Telefon- 492-66-19.

Rektorluq 

15 2019 02:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə