Ən son xəbərlər
28 iyun 2019-cu il saat 11.00-da səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında “Sabunçu Bazarı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət orqanlarının seçilməsi.
2. “Sabunçu Bazarı” Аçıq Səhmdаr Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış оla bilərlər.
Səhmdar cəmiyyətin direktоrlar şurası
Köhnə versiyamızdan xəbərləri izlə