Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə xidmətin strukturuna daxil olan Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmirinin yerinə yetirilməsi işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə xidmətin strukturuna daxil olan Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmirinin yerinə yetirilməsi işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (1) lot üzrə keçirilir. 
Lot- 1. Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmirinin satın alınması.Təklif zərflərinin açılışı 2 iyul 2019-cu il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A).
Tenderdə iştirak etmək istəyənlər lot üçün 800 manat, məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi Mustafa Allahverənovdan ala bilərlər.
Telefon-(+99412) 563-40-87
Dövlət Xəzinədarlığı Agentliyi 7-ci fond
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK CTREAZ22
Vəsaiti alan- Dövlət Baytarlıq Xidməti
İBAN- AZ 27CTRE 00000000000002577701
VÖEN -1500504901
Büdcə səviyyəsi kodu – 7
Büdcə təminatı kodu-142340
Tenderdə iştirak haqqı geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.
İddiaçı tender təklifinin 1 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.
İştirakçılar aşağıda qeyd olunan sənədləri 20 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün ərizə;
- iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi və nizamnaməsi);
- iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 1 ildə aidiyyəti iş üzrə fəaliyyətinə dair müvafiq təsdiqedici sənədlər;
- iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 1 iyul 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq və zərflər açılmadan geri qaytarılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar - (+99412) 563-40-87.
www.tender.gov.az

Tender komissiyası

15 2019 02:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 İyul 2019 | 01:43
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə