Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qen Şuan: Biz qələbəyədək mübarizə aparacağıq

Qen Şuan: Biz qələbəyədək mübarizə aparacağıq

Birləşmiş Ştatlar hökuməti ticarət müharibəsini davam etdirmək istəsə, Çin qələbəyə qədər mübarizə aparacaq. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan çıxış edib.
ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunacaq məhsullara əlavə vergi tətbiq etməsi barədə təhdidini şərh edən Qen Şuan deyib: “Əvvəlki təcrübə rəsmi Pekinin ticarət müharibəsi istəmədiyini, lakin ondan qorxmadığını göstərdi. Kim evimizin kandarında müharibə etmək istəsə, biz qələbəyədək mübarizə aparacağıq”. 
O, rəsmi Vaşinqtonun  vəziyyəti obyektiv qiymətləndirəcəyinə və Çinin öz maraqlarını qorumaqda qətiyyətli olduğunu anlayacağına ümid etdiyini dilə gətirib.
Xatırladaq ki, ticarət üzrə ABŞ-ÇXR danışıqlarının ötən həftə Vaşinqtonda keçirilən növbəti mərhələsi Çin məhsullarına rüsumun yenidən artırılması fonunda nəticəsiz başa çatıb. Belə ki, Çindən idxal olunan 200 milyard dollar həcmində malların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin mallarına rüsumun qaldırılması prosesinə başlamaq barədə göstəriş verib. Lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə