Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moqerini: Aİ ABŞ-la İran arasında gərginliyin azalmasını arzulayır

Moqerini: Aİ ABŞ-la İran arasında gərginliyin azalmasını arzulayır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini bildirib ki, Aİ rəhbərliyi ABŞ və İran dövlətləri arasında gərginliyin danışıqlar yolu ilə azalmasının tərəfdarıdır. Bu barədə “Euronews” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, bugünlərdə Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. F.Moqerini həmin tədbirə dəvət olunmuş ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə də görüşüb. 
Sözügedən iclasın yekunları, eləcə də amerikalı həmkarı ilə görüşü barədə mediaya açıqlamasında xanım siyasətçi vurğulayıb ki, Aİ rəhbərliyi bütün problemlərin, o cümlədən İran məsələsinin də dialoq və diplomatik əlaqələrin qurulması yolu ilə həllini vacib sayır. 
Aİ-nin rəsmisi həmçinin bildirib ki, M.Pompeo ilə görüş zamanı İranın danışıqlar masası arxasına qayıtması mövzusu prioritet olub. F.Moqerini əlavə edib ki, o, M.Pompeonu İranla münasibətlərdə hərbi eskalasiyadan çəkinməyə çağırıb. 
Xatırladaq ki, bir müddət əvvəl İran Prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə sazişi çərçivəsində İranın milli maraqları 60 gün ərzində nəzərə alınmasa, ölkəsi uranın zənginləşdirilməsinə başlayacaq. 
Yada salmaq lazımdır ki, 2015-ci ildə imzalanmış nüvə sazişinə əsasən, İran sanksiyaların ləğv edilməsi müqabilində uranın zənginləşdirilməsindən imtina edib. Həqiqətən, 2016-cı il yanvarın 16-da sanksiyaların böyük hissəsi ləğv edilib. 
Lakin 2018-ci il mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını bəyan edib və bundan sonra İrana qarşı sanksiyalar mərhələli şəkildə tətbiq olunmağa başlanıb. 
Görünən budur ki, ABŞ və İran dövlətləti arasında münasibətlər kəskin pisləşməkdədir. Gərginliyin hansı həddə gəlib çatacağını demək çətindir.

M.HACIXANLI, “Xalq qəzeti” 

14 2019 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə