Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda 13 min hektardan çox sahədə pambıq əkilib

Saatlıda 13 min hektardan çox sahədə pambıq əkilib

Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox 34 min 439 ton xam pambıq istehsal edən saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək əhval-ruhiyyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, bu mövsüm Saatlıda 13 min 734 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 475 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpin aparılan sahələrin 4 min 684,7 hektarı “MKT” MMC-yə, 3 min 300 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ” MMC-yə, 1250 hektarı isə “P-Aqro”ya məxsusdur.

Rayonun Azada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu il də pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək səpini rayonda birinci başa çatdırıblar.

Qeyd edək ki, bu il Saatlıda 26 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə