Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirilib

 ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirilib

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ili üçün SABAH qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, ADNSU  SABAH qruplarının rəhbəri Nərminə Əliyeva, universitetin professor-müəllim heyəti, eləcə də ADNSU və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev tədbiri açaraq SABAH qruplarının təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində oynadığı rolun əhəmiyyətindən danışıb.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə SABAH qrupları haqqında geniş məlumat verib, seçim və qəbul prosesi, təqaüd qaydaları, tədris imkanları və digər üstünlüklərindən danışıb. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olduğunu söyləyən  Ş.Seyidzadə 721 nəfər məzundan 37 %-nin yerli, 16 %-nin isə xarici universitetlərdə magistr pilləsinə qəbul olunuduğunu, 30 %-nin isə daimi işələ təmin edildiyini diqqətə çatdırıb. Ş.Seyidzadə qeyd edib ki, SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar.

ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva universitetin SABAH mərkəzi haqqında məlumat verib, hazırda ali məktəbdə 7 ixtisas üzrə 374 nəfər tələbənin SABAH qruplarında təhsilini davam etdirdiyini qeyd edib.

Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

14 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 17:17
Homsda kilsə bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə