Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün Azərbaycanda da geniş miqyasda qeyd edilir, bu münasibətlə ölkəmizdə silsilə tədbirlər keçirilir.

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək. Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, gün ziyarətçilərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək. 

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

14 2019 16:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə