Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayın 15-də gözlənilən hava şəraiti

Mayın 15-də gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz  26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında

Mayın 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz  27-32, dağlarda gecə 7-12,  gündüz 14-19 dərəcə isti təşkil edəcək. 

14 2019 15:45 - EKOLOGİYA
EKOLOGİYA
21 May 2019 | 17:52
Görüş keçirilib
17 May 2019 | 17:46
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə