Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyatşünas-tərcüməçi Çingiz Hüseynovun “Seçilmiş əsərləri” işıq üzü görüb

Ədəbiyyatşünas-tərcüməçi Çingiz Hüseynovun “Seçilmiş əsərləri” işıq üzü görüb

"Kitab Klubu" nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun "Seçilmiş əsərləri" 434 səhifə həcmində, 50 tirajla işıq üzü görüb.

Kitaba ədəbiyyatımızın patriarxı nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun üslub baxımından müxtəlif seçilmiş əsərləri - lirik, romantik, realist, simvolik, tragikomik povest və hekayələri daxil edilib. Əsərlərin mövzusu əksəriyyət etibarilə Bakı həyatından alınmışdır. Qəhrəmanları bütün dövrlər üçün müasirdir. Çünki müəllif insanları düşündürən ciddi əxlaqi problemlərdən bəhs edir, vacib ictimai məsələlərə diqqət çəkərək oxucularını mənəvi təmizliyə, saflığa çağırır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 2018 16:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin