Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı rəsm sərgisi keçiriləcək

Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı rəsm sərgisi keçiriləcək

Bu gün  Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərgi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və “Türk Hava Yolları”nın dəstəyi ilə reallaşıb.

Müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyn Elmas, Erkin Keskin kimi peşəkar türk rəssamlarının əsərləri təqdim olunub. Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin – Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları var.

Ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyn Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən artıq əsəri tamaşaçılara təqdim edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 14:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə