Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-aprel aylarında 15,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Yanvar-aprel aylarında 15,5 milyard manatlıq  sənaye məhsulu istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.

Sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar Azəri-Çıraq-Günəşli yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 43,5 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əczaçılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, tütün məmulatlarının istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz, geyim istehsalı 10,2 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

14 2019 14:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti
1 İyul 2019 | 18:30
Yeni asteroid təhlükəsi

Köhnə versiyamızdan xəbərləri izlə