Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı nazir: Azərbaycan Xəzər dənizi vasitəsilə tranzit potensialını inkişaf etdirir

Rusiyalı nazir: Azərbaycan Xəzər dənizi vasitəsilə tranzit potensialını inkişaf etdirir

Azərbaycan və Gürcüstan Xəzər və Qara dəniz vasitəsilə tranzit potensialını fəal inkişaf etdirir, kommunikasiya axınını yaxşılaşdırır.

Bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib. Nazir bildirib ki, Rusiyanın bu regiondakı proseslərin tam hüquqlu üzvü olması üçün çalışmaq lazımdır.Belə bir fikir var ki, Rusiyanın Xəzər və Qara dənizdəki limanları yalnız 20-25 faiz işləyir, ona görə də onları inkişaf etdirməyin mənası yoxdur: “Amma bu, belə deyil. Azərbaycan və Gürcüstanın limanları işləyir, kifayət qədər yüklənib. Gürcüstanda bir sahədə iki liman – Poti və Batumi limanları işləyir, üçüncü, Anakliya limanı tikilir. Ona görə də biz bu prosesdən kənarda qalmamalıyıq. Rusiyanın Xəzər və Qara dənizdə limanlarının inkişafı dünya bazarlarına çıxış üçün yeni imkanlar yaradacaq”.

14 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə