Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA Qazaxda 6 ədəd mərmi aşkar edib

ANAMA Qazaxda 6 ədəd mərmi aşkar edib

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya  Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Ağstafa su anbarının sahilinə  baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd müxtəlif növ partlamış-yanmış mərmi aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış-yanmış mərmilərin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

1 2018 17:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə