Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nobel qardaşlarının ilk uğuru” filmi ilk mükafatını aldı

“Nobel qardaşlarının ilk uğuru” filmi ilk mükafatını aldı

Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Avstraliyada keçirilən “Changing Face International Film Festival”da ilk mükafatını alıb. Film bütün mərhələləri keçərək “Ən yaxşı qısa sənədli filmi” kateqoriyası üzrə finala vəsiqə qazanıb.

Film bu yaxınlarda birincilik uğrunda yarışacaq.                                                                       

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

“Üçüncü filmim də ilk mükafatını aldı. Dünyaca məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminin çəkilişləri 17 mart 2019-cu ildə başa çatıb”.

Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Onlar  gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olub.

1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.

1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 14:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə