Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lanka hökuməti ölkədə müsəlmanlar və buddistlər arasında toqquşmalar fonunda komendant saatı elan edib.

Trend-in məlumatına görə, komendant saatı axşam saat 21:00-dan səhər saat 04:00-a qədər davam edəcək.

Ümumilikdə son günlər ölkədə gərginlik daha da artıb. Belə ki, bir neçə gün öncə onlarla adam müsəlmanlara məxsus dükanları dağıdıblar. Ölkədə "WhatsApp", "Viber" və "Facebook" bağlanıb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ardıcıl partlayışlar baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, partlayışlar nəticəsində 250-260 nəfər həlak olub.

Baş verənlərə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Respublika polisinin rəisi Çandana Vikramaratne bildirib ki, patlayışları törədənlərin əksəriyyəti ya tutulub, ya da məhv edilib.

14 2019 14:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə