Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq müzakirə edilib

Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq müzakirə edilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 14-16 may tarixlərində Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında  BSTA-nın Baş Katibini məlumatlandırıb.

Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmini qeyd edib. Nazir Forumun  Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.

M.A.R.Kaetano Azərbaycana səfərə gəldikdən sonra qısa müddətdə artıq xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə ƏƏSMN və BSTA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, pensiya islahatında dəstək, praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 12:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə