Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaradağlı kəndində raket tapılıb

Qaradağlı kəndində raket tapılıb

Sentyabrın ikisi  saat 09:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən   Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "KRAUN KO.R" MMC-nin ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan gətirilmiş 1 ədəd PQ-7VM raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

3 2018 16:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin