Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftçilər prospektində təmir-bərpa işləri aparılır

Neftçilər prospektində təmir-bərpa işləri aparılır

Neftçilər prospektində, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq.  Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Məlumata əsasən, bununla  əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Agentlik  sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini  tövsiyə edir.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

3 2018 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin