Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA Biləsuvarda 92 müxtəlif növ hərbi sursat aşkar edib

ANAMA Biləsuvarda 92 müxtəlif növ hərbi sursat aşkar edib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə sentyabrın 2-də yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 92 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 5 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib.

İki gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 630 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 75 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib.

Qeyd edək ki, ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”

 

3 2018 15:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin