Ən son xəbərlər
Sentyabrın 6-9-da İtaliyada keçiriləcək çimərlik futbolu üzrə Avroliqa superfinalının təqvimi müəyyənləşib.
Azərbaycan millisi yarışın qrup mərhələsinə sentyabrın 6-da İspaniya yığmasına qarşı görüşlə başlayacaq, sonrakı iki gündə isə Portuqaliya və İsveçrə ilə oynayacaq.
Digər qrupda Rusiya, Belarus, İtaliya və Ukrayna komandaları çıxış edəcəklər.
Qrupların qalibləri sentyabrın 9-da final görüşündə, ikinci yeri tutan komandalar isə bürünc medallar uğrunda oyunda qarşılaşacaqlar.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə