Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“III Beynəlxalq yemək yarışması və Mədəniyyət” festivalı

 “III Beynəlxalq yemək yarışması və Mədəniyyət” festivalı

Türkiyə Respublikasının İzmir Kamalpaşa Bələdiyyəsi və Ege Peşəkar Aş­pazlar Dərnəyinin təşkilatçılığı ilə bu günlərdə Türkiyə Respublikasının İzmir şəhərində “III Beynəlxalq yemək yarışması və Mədəniyyət” festivalı keçirilib.

Beynəlxalq tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin  təşəbbüsü və təşkilatçılığı çərçivəsində ölkəmiz də iştirak hüququ qazanıb. Dünya xalqları təmsilçilərinin qatıldığı beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)  xidmət mühəndisliyi fakultəsinin qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan 3 – cü kurs tələbəsi Gülnur Nağızadə ”III Beynəlxalq yemək yarışması və Mədəniyyət” adlı beynəlxalq yarışmanın qalibi olub. Münsiflər heyətinin yekdil qərarı ilə G.Nağızadə beynəlxalq festivalın qızıl və gümüş medallarına layiq görülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

13 2019 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə