Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar" layihəsi uğurla davam  edir. "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert məşhur bəstəkar, Xalq artisti Səid Rüstəmovun yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Əməkdar artistlər Nuriyyə Hüseynova - "Getmə, getmə", Bəyimxanım  Vəliyeva - "Gümüş telli",  Ehtiram Hüseynov - "Haralısan", Səbuhi İbayev  -"Bilmədim",  Azərbaycan Televiziyası və Radiosunun solistləri - Rəvanə Əmiraslanlı -"Gəlmədin",  Zabitə Əliyeva - "Qurban adına", Ayşən Mehdiyeva - "İntizar" və müğənni Vüqar Əliyev -"Hardasan" mahnılarını ifa etdilər.

Konsertin son nömrəsi olan  "Maralım gəl" mahnısı Bəyimxanım Vəliyeva, Ayşən Mehdiyeva və Rəvanə Əmiraslanlının birgə ifasında səsləndi.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 12:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə