Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Zülmdən doğan işıq" Cəfər Cabbarlıya həsr olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə mədəniyyət evində "Zülmdən doğan işıq" adlı ədəbi-bədii, sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

Açılış zamanı C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova qonaqları salamlayaraq, C.Cabbarlının həyat və yaradıcılığı, xüsusilə istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.

Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Demokratik Respublikasının Parlamentində gördüyü işlərdən, "İstiqlal" qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.

Sonra film nümayiş olunub. "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli film tamaşaçıların geniş marağına səbəb olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 12:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə