Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmirçi Arxeologiya Muzeyi yeni materiallarla zənginləşdiriləcək

Dəmirçi Arxeologiya Muzeyi yeni materiallarla zənginləşdiriləcək

Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdiriləcək. İnstitutun Numizmatika və epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, muzey müasir dünya standartlarına uyğun inşa edilib.

www.science.gov.az saytı yazır ki, Azərbaycanın ilk arxeoloji muzeyinin nəzdində arxeoloji fond, kameral elmi təqiqatlar və bərpa işləri üçün nəzərdə tutulmuş xüsusi otaqlar var. Muzey iki ekspozisiya zalından ibarətdir. Birinci zalda Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2016-2018-ci illərdə Dəmirçi nekropolunda apardığı tədqiqatlar zamanı aşkar edilmiş son antik və ilk orta əsrlər dövrünə aid daş qutu və küp qəbirlərdən ibarət ekspozisiya sərgilənir. İkinci zalda isə Şamaxı və ətraf ərazilərdə aşkar edilmiş, qədim dövrlərdən orta əsrlərin sonunadək olan dövrlərə aid maddi-mədəniyyət nümunələri təqdim olunur.

Qeyd edək ki, muzeyin açılışı 26 avqust 2018-ci il tarixində baş tutub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

3 2018 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə