Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Agentlik sürücülərə müraciət edib

Agentlik sürücülərə müraciət edib

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçivanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Məlumata görə, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Agentlik sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

1 2018 17:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə