Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimililər ulu öndərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər

Nəsimililər ulu öndərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü  münasibətilə paytaxtın Nəsimi  rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında  rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  media təmsilçilərinin və çoxsaylı qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib.

Məclisi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən ulu öndərin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşib, onun Azərbaycana bir qərinəlik rəhbərliyinin başlıca mahiyyətini təşkil edib. Artıq 16 ildir ki ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti yüksəlişini və hərtərəfli yeniləşmə mərhələsini yaşayır.

Milli Məclisin deputatları Fəttah Heydərov Məlahət İbrahimqızı isə bildiriblər ki, Azərbaycan onilliklər boyu ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində bütün bəlalardan yan keçərək inkişaf yoluna çıxıb, indi isə onun ideya və əməllərinin davam etdirilməsi ilə çiçəklənmə dövrünü yaşayır.

Mərasimdə ümummilli liderin nəsillərə nümunə olan bənzərsiz hayatını və titanik fəaliyyətini əks etdirənvideofilm nümayiş ertdirilib. Ulu öndər Heydər Əliyevə  həsr olunmuş və sağlığında onun zövqünü oxşamış  müsiqi nömrələri ölməz rəhbərin xatirəsinə sonsuz sevgi və ehtiramın timsalı kimi səslənib.

 

R.TAHİR,
“Xalq qəzeti”

7 2019 17:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə