Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Startda “Sportinq”lə, finişdə “Arsenal”la

Startda “Sportinq”lə, finişdə “Arsenal”la

Beləliklə, Monakoda UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkü atılmış, 48 komanda hər birinə 4 klub daxil olmaqla 12 qrupa bölünmüş, oyunların təqvimi də müəyyənləşmişdir.
“E” qrupunda çıxış edəcək Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası turnirə sentyabrın 20-də Lissabonda Portuqaliyanın “Sportinq” klubuna qarşı görüşlə başlayacaq, sonra oktyabrın 4-də Bakıda “Arsenal”ı (İngiltərə) qəbul edəcək, birinci dövrənin son görüşündə də öz pərəstişkarları qarşısında oynayacaq, oktyabrın 25-də “Vorskla”nı (Ukrayna) sınağa çəkəcək.
Təmsilçimiz turnirin ikinci yarısında da ilk görüşü rəqib meydanında keçirəcək – noyabrın 8-də “Vorskla” ilə. “Qarabağ” son iki oyunda isə noyabrın 29-da evdə “Sprotinq”lə və dekabrın 13-də Londonda “Arsenal”la qarşılaşacaq.
Şübhəsiz, rəqiblərin hamısı güclü və iddialıdır, ağır mübarizədə qrupda ilk iki yerdən birini tutub növbəti mərhələyə vəsiqə qazanmaq asan olmayacaq. Lakin Azərbaycan klub futbolunun lideri də çox şeyə qadir olduğunu artıq dəfələrlə sübuta yetirmişdir. Ona görə də ölkə çempionumuzun qrup turnirini iki qalib komandadan biri kimi başa vurması təəccüblü olmaz.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

1 2018 21:13 - İDMAN
İDMAN
20 Sentyabr 2019 | 11:23
UEFA-nın yeni reytinqi
18 Sentyabr 2019 | 10:08
Yay transferlərində yeni rekord
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk

Köhnə versiyamızdan xəbərləri izlə