Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhali artır, təhlükələr çoxalır

Əhali artır, təhlükələr çoxalır

“Pravda.ru”  xəbər verir ki, son 50 ildə dünyada əhali sayının ikiqat və iqtisadiyyatın dördqat artmasının ətraf mühitə təsiri milyona qədər bioloji növün ölüm təhlükəsini yaradır. BMT mütəxəssisləri bu nəticəyə gəliblər.

Əlli ölkədən alimlər insanın ekologiyaya təsirinə həsr olunmuş 15 min elmi tədqiqata əsaslanaraq  böyük bir hesabat hazırlayıblar. Onlar müəyyən ediblər ki, 1980-ci ildən 2000-ci ilədək Cənubi Amerikanın və Cənub-Şərqi Asiyanın 100 milyon hektar tropik meşəsi məhv edilib,  planetin torpaqları isə həddən artıq intensiv istifadə üzündən  gücdən düşərək, əvvəlkinə nisbətən 23 faiz az məhsul verir.

Eyni zamanda son 25 ildə şəhərlərin sahəsi iki dəfə çoxalıb, planetin plastik tullantılarla çirkləndirilməsi isə 1980-ci ildən bəri 10 dəfə artıb. Bunun nəticəsində 1990-cı ildən dünyada heyvan və bitki növləri  20 faiz azalıb.

Məruzədə, səkkiz milyon heyvan və bitki növünün bir milyonunun məhvolma təhlükəsində olmasına diqqət cəlb edilib. Mütəxəssislər təklif edirlər ki, “rufah” anlayışına yenidən baxılsın və buraya ümumi həyat keyfiyyəti və insan fəaliyyətinin uzunmüddətli nəticələri də aid edilsin.

“Pravda.ru”  bundan bir qədər əvvəl yazmışdı ki, 2019-cu ildə Yer kürəsi əhalisinin sayı 7,7 milyard nəfəri ötüb. 2050-ci ilə qədər bu göstərici 9,7 milyarda qədər artacaq.     

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

7 2019 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə