Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron rayonunda ilin əvvəlindən 770 yeni iş yeri açılıb

Abşeron rayonunda ilin əvvəlindən 770 yeni iş yeri açılıb

Əhalinin məşğulluğunun artırılması məqsədilə Abşeron rayonu üzrə cari ilin əvvəlindən 770 yeni iş yeri yaradılıb, ödənişli ictimai işlərə 652 nəfər cəlb edilib, 118 yer isə vakant qalır. İşçilər xüsusi geyim və mal-materiallarla təchiz edilib.

Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, ilin əvvəlindən Abşeron rayonunda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Prezident İlham Əliyevin çoxmənzilli yaşayış binalarının ətrafında olan qanunsuzluqların aradan qaldırılması, sakinlərin istirahəti üçün şəraitin yaradılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, son 3 il ərzində Xırdalan şəhərində binaların həyətlərindəki ümumilikdə 272 qaraj götürülüb, 445 daş və metal hasar sökülüb. Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin, parkların salınması istiqamətində işlər davam etdirilir.

Birinci rübdə rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə daxili yollara 6250 kubmetr çınqıl tökülərək yayılıb, 8200 kvadratmetr sahə asfaltlanıb. Ötən illərdə olduğu kimi bu ilin ilk rübündə də ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılıb, rayonun yaşayış məntəqələrində 8 minədək şam, sərv, xan çinar və digər növ ağaclar əkilib.

Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyulundan başlanılan işlər davam etdirilib. Bu günədək 127 kilometrlik içməli su, 69,8 kilometr kanalizasiya xətti çəkilib, 18251 ev birləşməsi verilərək 5130 sayğac quraşdırılıb. Ümumilikdə layihə çərçivəsində 168 kilometr içməli su, 110 kilometr kanalizasiya xəttinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 2019 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə